Türkiyədə meşə yanğınları başladı

Türkiyədə meşə yanğınları başladı
18 İyl 2026 19:00

Kütahya, Aydın və İstanbulun Çatalca rayonunda meşə yanğınları başlayıb.

News365.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Yanğınsöndürənlərin yanğınlara həm havadan, həm də qurudan müdaxilə etdiyi bildirilib.

Temperaturun mövsümi normadan yüksək olmasının meşə yanğınlarının sayının artmasına səbəb olduğu qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada