Donald Tramp müharibəni yaza qədər bitirməyi hədəfləyir.
News365.az xəbər verir ki, bu barədə “İndependent” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Zelenskinin adamı, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya Trampın andiçmə mərasimində fəxri yerdə olub.
Bundan sonra o, Ukrayna mətbuatına bildirib ki, indi rəsmi Ukrayna nümayəndə heyətinin Vaşinqtona səfəri gözlənilir və gələn ay ABŞ prezidenti ilə görüşəcək.
“Ukrayna ilə bağlı narahat olanlar Araxamiyanın andiçmə mərasimində iştirakını nəzərə almalıdırlar. Bu, Donald Trampın prosesin sonunda Ukraynanın yaxşı anlaşma əldə etməsini təmin etmək niyyətini göstərən çox mühüm addım idi”.