ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığının nəticəsindən məyus ola bilər. Bu barədə “The New York Times” yazıb.
Məqalə müəllifi qeyd edib ki, Tramp Ağ Evin bir neçə gündür Ukraynada sülhün əldə oluna biləcəyi ilə bağlı müsbət bəyanatlarından sonra danışıqların fərqli nəticəsinə ümid edirmiş.
Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp martın 18-də ikinci rəsmi telefon danışığı aparıblar. Moskva və Vaşinqton danışıqları məhsuldar qiymətləndirib. İki lider Ukrayna nizamlanması və qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq haqqında danışıblar.
İki lider arasında əvvəlki danışıq fevralın 12-də olub. Bundan əvvəl isə Rusiya və ABŞ dövlət başçıları üç il ərzində ünsiyyət qurmayıblar. Liderlər arasında fevral razılaşmalarının ardından Səudiyyə Ərəbistanında yüksək səviyyəli Rusiya-Amerika danışıqları aparılıb. Orada həm ikitərəfli münasibətlərin bərpası, həm də Rusiya-Ukrayna münaqişəsinin həlli müzakirə edilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural