İcra başçısının geyindiyi plaşın 26 min ₼ olduğu deyilir

İcra başçısının geyindiyi plaşın 26 min ₼ olduğu deyilir
12:43

Dekabrın 4-də Nefçala rayonunda Balıq Festivalı keçirilib. Festivalda rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, İcra Hakimiyyətinin nümayəndələri və rayon əhalisi iştirak edib.

Facebook-da  “Bizim Salyan” səhifəsində Mirhəsən Seyidovun çıxış edərkən görüntüsü paylaşılıb. Paylaşımda başçının plaşının “Hugo Boss Burberry” brendinə məxsus olduğu və qiymətinin təqribən 13 000 avro(25.730 azn) olduğu iddia edilib.

Məsələni araşdırmaq üçün ajans.az Neftçala Rayon İcra Hakimiyyətinin qaynar xətti(021-267-42-43) ilə əlaqə saxlayıb. Lakin zənglər cavabsız qalıb.


Sizin reklam burada
Sizin reklam burada