Toydakı zəhərlənmədə neçə nəfər xəstəxanaya düşüb? - AQTA və TƏBİB-dən fərqli rəqəmlər

Toydakı zəhərlənmədə neçə nəfər xəstəxanaya düşüb? - AQTA və TƏBİB-dən fərqli rəqəmlər
13:10

İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı 31 nəfər (23 qadın, 8 kişi) 20.08.2026-cı il tarixində saat 15:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar.

Xatırladaq ki, hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi agentliyi 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyini bildirmişdi./// modern


Sizin reklam burada
Sizin reklam burada