Cənubi Koreyanın Tequ şəhərində ticarət mərkəzində tavanın bir hissəsinin çökməsi nəticəsində azı 38 nəfər yaralanıb.
News365.az xəbər verir ki, hadisə anında binada 66 nəfər olub.
Binadakılar təxliyə olunublar, lakin 38 nəfər yüngül xəsarət alıb. 9 zərərçəkən xəstəxanalara çatdırılıb. Onların həyatı üçün təhlükə yoxdur.
Hakimiyyət orqanları axtarış işləri başa çatdıqdan sonra hadisənin səbəbini müəyyənləşdirmək niyyətindədir.