Türkiyədə məktəbdə dava: İki şagird bıçaqlandı…

Türkiyədə məktəbdə dava: İki şagird bıçaqlandı…
22:40

Türkiyədə liseydə insident olub, iki şagird yaralanıb, biri 3-cü mərtəbədən atılıb. 

News365.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində yerləşən liseylərdən birində dedi-qodu səbəbindən şagirdlər arasında mübahisə yaranıb.

Mübahisə zamanı 16 və 17 yaşlı iki qız şagird maket bıçağı ilə yaralanıb. Şagirdlərdən biri isə məktəbin 3-cü mərtəbəsindən aşağı atılıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma başladılıb.


Sizin reklam burada
Sizin reklam burada