Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində iki çeçenistanlı uşaq olub.
News365.az APA-ya istinadən xəbər verir ki, bu barədə Çeçenistanın Uşaq Ombudsmanının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, çeçenistanlı uşaqlardan birinin taleyi məlum deyil.
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan hava yollarına məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.