“Xəstə, baxıma möhtac ,işləmək qabiliyyəti olmayan insanların təqaüdlərinin,aylıq müavinətlərinin qəsdən kəsilməsi vətəndaşı dövlətə qarşı qaldırmaq deməkdir.”
İqtisadçı ekspert Günay Hüseynova bunu News365.az-a açıqlamasında deyib.
“Vətənə, dövlətə qarşı vətəndaşda narazılıq yaratmaq olmaz.Azərbaycan Respublikasının Vətəndaşlarınin rifahının yaxşılaşdırılması hər zaman Dövlətimiz üçün prioritet məsələ olub. Hətta konstitusiyamızda da bu öz əksini tapır. Azərbaycan Respublikası Vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin Ali məqsədidir. Cənab Prezident çıxışında hər zaman bunu qeyd edir. Vətəndaşlara müraciətində qeyd edir hər hansı bir qurumdan, məmurdan narazılıq varsa mənə müraciət edin. Hal hazırda ən çox narazılıqlardan biri də təqaüdlərlə bağlıdır. Vətəndaşa qarşı haqsızlıq varsa Məhkəmə qaydasında həll edə bilər.”