Tbilisi küçələri sel sularına qərq oldu

Tbilisi küçələri sel sularına qərq oldu
16:31

Gürcüstanın paytaxtı Tbilisiyə yağan güclü yağışlar bir sıra problemlərə səbəb olub.
 
İntensiv yağıntılar səbəbindən küçələr, zirzəmilər və bir neçə metro stansiyası su altında qalıb.
 

Şəhərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb, bir çox yollarda nəqliyyatın hərəkəti iflic olub. Böyük həcmdə yağıntının öhdəsindən gələ bilməyən kanalizasiya xətləri daşıb.


Şəhərin Saburtalo rayonunda qaz kəməri zədələnib, nəticədə ətraf ərazidə yaşayan sakinlər təxliyə ediliblər.


Sizin reklam burada
Sizin reklam burada