Tayvan donanmasına məxsus gəmi Çin balıqçı gəmisi ilə toqquşub. Bu barədə ada dövlətin donanmasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, insident nəticəsində xəsarət alan olmayıb, dəymiş ziyan heç bir şəkildə naviqasiya təhlükəsizliyinə təsir göstərməyib.
"Çjunxe" döyüş gəmisi martın 27-də tapşırığı yerinə yetirərkən Tayçunq şəhəri limanından təxminən 45 mil (83,3 km) kənarda sularda üzən Çinin "Minliangyu 61756" balıqçı gəmisi ilə toqquşub", - Tayvan Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.
Bundan öncə adanın donanması bir neçə gəminin və Çin ordusunun 30 təyyarəsinin Tayvana yaxınlaşdığını bildirmişdi. Departament vurğulayıb ki, 23 təyyarə adanı materikdən, Çindən ayıran Tayvan boğazı üzərindən orta xətti keçərək hava hücumundan müdafiə zonasına daxil olub. Neyd edilib ki, ada dövlətinin ordusu “müvafiq cavab verib”.
Tural