Tavuşda ermənilər arasında güclü atışma olub: Yaralananlar var

Tavuşda ermənilər arasında güclü atışma olub: Yaralananlar var
28 Mar 2025 12:14

Bu gün, martın 28-də Ermənistanın Tavuş rayonunda güclü atışma səsləri eşidilib. "Shamshiyan" kriminal xəbər saytının yaydığı məlumata görə, sakinlərd güllə səslərindən təşvişə düşüblər. 


"Saat 01:00 radələrində bir vətəndaş döş qəfəsinin güllə yarası diaqnozu ilə Dilican Tibb Mərkəzinə aparılıb. Fotojurnalist Qaqikin verdiyi məlumata görə, polis klinikaya gələnə qədər daha bir nəfər hər iki ayağın güllə yarası diaqnozu ilə Dilican Tibb Mərkəzinə çatdırılıb.

Xəstəxana həkimləri polisə bildiriblər ki, zərərçəkənlər əməliyyat otağında olduqları üçün baş verənləri izah edə bilmirlər. Polis artıq döş qəfəsindən güllə yarası alan vətəndaşın şəxsiyyətini müəyyən edib. Onun Tavuş vilayətinin sakini, 40 yaşlı Vrej Tamamyan, ikinci qurbanın isə Tavuş vilayətinin sakini, 38 yaşlı Armen Babinyan olduğu üzə çıxıb",- nəşr yazıb.

Qaqikin sözlərinə görə, atışma Dilican icmasının Haqartsin kəndində fəaliyyət göstərməyən “Mariya Xleb” çörək zavodunun ərazisində baş verib. Polis və istintaq idarəsi tərəfindən hadisənin baş vermə şəraitinin aydınlaşdırılması, cinayətdə iştirak edən şəxslərin, habelə cinayətdə istifadə edilən odlu silahların tapılması istiqamətində tədbirlər görür. Bəzi yerli saytlar İkinci Qarabağ müharibəsindən sonra sadə vətəndaşların əlinə xeyli sayda silah sursatın düşməsindən gileylənib. Qeyd edilir ki, müharibənin gedişində və kapitulyasiyadan sonra döyüşlərdən qayıdanlar özləri ilə gətirdikləri silahları sonradan kütləvi şəkildə polisə təhvil verməyiblər. Bu səbəbdən az qala bütün insidentlər sonda odlu silahdan istifadə ilə bitir.

Tural


Sizin reklam burada
Sizin reklam burada