Tanınmış telejurnalist, "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı yeni layihə ilə efirə hazırlaşır.
News365.az-ın əldə etdiyi məlumata görə Elvin Basqallı yeni verilişi ilə doğma "Space"TV-nin efirindən tamaşaçıların görüşünə gələcək.
Yeni verilişin adı isə "Son xəbər"dir. Fərqli məzmunda olacaq veriliş həftəiçi hər gün saat 22:10-da yayımlanacaq.
Peşəkar heyətlə efirə hazırlaşan Elvin Basqallı tamamilə yeni bir xəbər bülleteni təqdim edəcək.
Biz də bu işdə həmkarımıza uğurlar arzulayırıq.
Daha ətraflı aşağıdakı linkdə:
https://www.facebook.com/share/r/199xyn5R8r/
News365.az