Qazaxın Didvan gölündə dəhşətli hadisə – Ata ilə qızı boğuldu

Qazaxın Didvan gölündə dəhşətli hadisə – Ata ilə qızı boğuldu
20 İyl 2026 17:02

Qazax rayonunda göldə boğulma hadisəsi baş verib.

News365.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Didvan gölündə qeydə alınıb.

İlkin məlumata görə, Canallı kənd sakini Rafael Xəlilov və azyaşlı qızı göldə batıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hazırda batan şəxslərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada