"Səudiyyə Ərəbistanına qarşı dərhal qüvvəyə minən dəniz embarqosu elan edilir".
News365.az xəbər verir ki, bunu Livanda husilərin "Ənsar Allah" qruplaşmasının rəsmi nümayəndəsi Yəhya Sariya çıxışında deyib.
"X" hesabında paylaşılan bəyanatda qeyd olunub ki, qruplaşma blokadaya blokada ilə, eskalasiyaya isə eskalasiya ilə cavab veriləcək.
"Səudiyyə Ərəbistanı tərəfindən atılacaq istənilən addıma qəti və hərtərəfli cavab veriləcək", - deyə bəyanatda qeyd olunub.
Məhdudiyyətlərin vaxtı və onların tətbiqi mexanizmləri ilə bağlı təfərrüat hələlik açıqlanmayıb.