Həkim yuxu üçün ən təhlükəli pozanı açıqlayıb

Həkim yuxu üçün ən təhlükəli pozanı açıqlayıb
20 İyl 2026 22:41

Məşhur rusiyalı pulmonoloq və somnoloq Sergey Lojkin yuxu zamanı ən təhlükəli bədən vəziyyətinin üzüüstə uzanmaq olduğunu bildirib.

Həkimin sözlərinə görə, bu vəziyyətdə mədə turşusunun qida borusuna geri axması riski artır. Bundan əlavə, boyun onurğasına ciddi yük düşür. Lojkin qeyd edib ki, boyun saatlarla burulmuş vəziyyətdə qaldığı üçün əlavə gərginlik yaranır və bu, oyandıqdan sonra ağrı və hərəkət məhdudiyyətinə səbəb ola bilər.

Mütəxəssis vurğulayıb ki, üzüüstə yatmaq xüsusilə bir yaşınadək körpələr üçün təhlükəlidir. Onun sözlərinə görə, bu vəziyyətdə yuxu boğulma riskini artırır və ölümcül nəticələrə səbəb ola bilər.

Lojkin əlavə edib ki, bəzi hallarda arxasıüstə yatmaq da tövsiyə olunmur. Bu vəziyyət hamiləliyin son aylarında olan qadınlar, eləcə də obstruktiv yuxu apnesindən əziyyət çəkən şəxslər üçün risk yarada bilər.

Həkim ən uyğun yuxu vəziyyəti kimi sol böyrü üstə yatmağı göstərib. Onun sözlərinə görə, bu vəziyyət tənəffüs və həzm sistemləri üçün daha əlverişlidir. Eyni zamanda, onurğa sütunu neytral vəziyyətdə qalır.



Sizin reklam burada
Sizin reklam burada