Ford 288 mindən çox Explorer modelini geri çağırır

Ford 288 mindən çox Explorer modelini geri çağırır
20 İyl 2026 21:24

ABŞ-ın avtomobil istehsalçısı Ford təhlükəsizlik riski ilə əlaqədar 288 mindən çox "Explorer" model avtomobili geri çağırdığını açıqlayıb. Bu qərar şirkətin cari il ərzində elan etdiyi 57-ci geriçağırma kampaniyasıdır.


Şirkət bildirib ki, geriçağırma proqramı təmir işləri zamanı yol verilmiş qüsurlar səbəbindən 2016–2019-cu il buraxılışlı 288 min 314 ədəd "Explorer"modelini əhatə edir.

ABŞ-ın Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına əsasən, sözügedən avtomobillərdə dam relslərinin örtük hissələrinin boşalaraq yerindən çıxması riski mövcuddur.

Bildirilir ki, bu nasazlıq hərəkət zamanı külək səsinin artmasına, cingiltiyə və avtomobilin dam xəttində nəzərəçarpan uyğunsuzluğun yaranmasına səbəb ola bilər.

Fordun rəsmi dilerləri geriçağırma kampaniyasına daxil edilən bütün "Explorer" modellərini yoxlayacaq, zədələnmiş hissələri  avtomobil sahibləri üçün ödənişsiz şəkildə yenisi ilə əvəz edəcəklər.


Sizin reklam burada
Sizin reklam burada