Bir qrup vətəndaş ''Aid-Group''un rəhbəri Nigar Fərhaddan şikayətçidirlər - VİDEO

Bir qrup vətəndaş ''Aid-Group''un rəhbəri Nigar Fərhaddan şikayətçidirlər - VİDEO
20 İyl 2026 22:55

Xaricdə təhsil və iş ümidi ilə minlərlə manat ödəyən şəxslər indi nə vəd edilən xidmətlərə çata, nə də pullarını geri ala bilirlər.

News365.az xəbər verir ki, belə bir problemlə bir qrup paytaxt sakini ''Xəzər Xəbər''ə müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, bir qrup vətəndaş ''Aid-Group'' xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçidirlər.

Şikayətçilərdən Aliyə Əfəndiyeva deyir ki, sosial şəbəkələrdə şirkətin reklamlarını görüb, müraciət edib. Üç övladının Kanadada təhsil alması üçün mart ayında 17 min manat ödəniş edib, Nigar Fərhadla müqavilə bağlayıb.

Kiminin övladı üçün, kiminin isə özü üçün xaricdə yeni həyat qurmaq ümidi beləliklə yarımçıq qalıb.

Ramin Bedimirzadə də ABŞ-də təhsil almaq üçün müqavilə əsasında 4350 manat ödədiyini deyir. Şikayətçinin sözlərinə görə, nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləği geri ala bilib.

Şikayətçilər deyirlər ki, onların sayı bununla məhdudlaşmır. İddialara görə, zərərçəkənlərin sayı çoxdur və dəymiş zərərin məbləği də kifayət qədər böyükdür. Onlar başlarına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

''Aid Group'' şirkətinin mövqeyini öyrənmək üçün ofisinə getdik, lakin qapısı bağlı idi. Şirkətin sosial şəbəkə səhifələrində qeyd olunan əlaqə nömrələrinə zəng etsək də, zənglərimiz cavabsız qaldı. Hazırda şikayətçilər pullarının qaytarılmasını və məsələyə hüquqi qiymət verilməsini gözləyirlər.

Öyrəndik ki, məsələ hüquq-mühafizə orqanlarında araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada