25 yaşlı qız anasının evindən 29 min manat oğurladı

25 yaşlı qız anasının evindən 29 min manat oğurladı
20 İyl 2026 19:30

Suraxanı rayonu ərazisində qadının evindən 29 min manat pul vəsaiti və 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

News365.az xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla əməlin zərərçəkənin 25 yaşlı qızı tərəfindən törədildiyi müəyyən olunub.

O, ifadəsində sosial şəbəkələrdə tanış olduğu bir nəfərin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək pul tələb etdiyini və evdən oğurladığı maddi vəsaitləri həmin şəxsə verdiyini bildirib.

Qeyd edilən əməli törətməkdə şübhəli bilinən O. Bağırov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada