“Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi

“Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
20 İyl 2026 18:47

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

News365.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) klubu ilə qarşılaşacaq "Neftçi" mərhələ adlayacağı halda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Zirə" isə Estoniya təmsilçisi "Payde"ni mübarizədən kənarlaşdıracağı halda, "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə görüşəcək.

UEFA  Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ" - SSKA (Bolqarıstan) cütünün məğlubu isə KL-də "Dinamo" (Kiyev, Ukrayna) - PAOK (Yunanıstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Mərhələ adlayacaqları halda "Zirə" ilk matçı evdə, "Neftçi" səfərdə keçirməlidir. Eləcə də "Qarabağ" uduzursa, KL-də ilk matçını Bakıda oynayacaq.

UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin matçları 6 və 13 avqustda keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada