Salyanda baş verən avtomobil qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.
News365.az xəbər verir ki, qəzada xəsarət alan rayonun Şorsulu kənd sakini Əsədov Vüqar Tahir oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır.
23:44
Salyanda baş verən qəzada ölənlərin sayı üç nəfərə çatıb.
News365.az xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
Xəstəxanaya çatdırılan yaralılardan biri həkimlərin səyinə baxmayaraq həyatını itirib.
Daha əvvəl iki nəfərin öldüyü, dörd nəfərin yaralandığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
19:14
Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb.
News365.az xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, "Prado" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.