Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 00:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) şəxs hospitalizasiya olunub.
News365.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sol baldır sümüyünün sınığı diaqnozu təyin edilən 1984-cü il təvəllüdlü şəxs tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Alının və üzün sağ yarısının cırılmış yarası diaqnozu təyin edilən 1992-ci təvəllüdlü şəxsə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
***
Sumqayıtda "Mercedes" məişət tullantısı daşıyan avtomobilə çırpılıb.
News365.az xəbər verir ki, hadisə şəhərin "Çerkassi" küçəsində qeydə alınıb.
Eyni istiqamətdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində 2 nəfər ağır xəsarət alıb.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.