Xəbər verdiyimiz kimi bir neçə gün öncə Krımdakı məşhur "Tayqan" safari parkında saxlanılan şirlərdən biri parkın rəhbəri Oleq Zubkova hücum edərək onu parçalamağa çalışıb. Həmin vaxt ölümcül yaralanan park direktorunun həyatını "Tayqan"ın mətbuat katibi Tatyana Aleksaqina xilas edib, o xəstəxanaya yerləşdirilib və bir neçə dəfə ağır əməliyyat keçirib.
Bu gün isə dünya mediasının gündəminə çevrilən aslanın hücumuna məruz qalan safari parkının sahibi xəstəxanadan açıq məktub ünvanlayıb. O yazdığı məktubda tezliklə yenidən əvvəlki fəaliyyətinə qayıdacağına söz verib. Bu barədə parkın mətbuat katibi Tatyana Aleksagina "Telegram" kanalında məlumat verib.
Qeyd edək ki,Zubkov həm də nadir heyvan təlimçilərindən sayılır.
Tural