
S. Kərimli qeyd edib ki, yaranmış vəziyyətdə yalnız İran deyil, digər tərəflər də zərər görür:
“Bu prosesdə Amerika Birləşmiş Ştatları da itkilərə məruz qalır. Körfəz və ərəb ölkələri, eləcə də Çin kimi dövlətlər artıq daha sərt siyasi və hərbi ritorikaya keçid ediblər. Bu isə vəziyyətin gərginləşdiyini göstərir”.
Politoloq əlavə edib ki, ABŞ-da enerji bazarında da dəyişikliklər müşahidə olunur və qaz qiymətlərində artım qeydə alınır.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə iki əsas ssenari mövcuddur: ya tərəflər danışıqlar yolu ilə razılığa gələcək, ya da hərbi qarşıdurma riski daha da arta bilər. Lakin ekspert danışıqların nəticə verəcəyinə ehtiyatla yanaşır.
S. Kərimli vurğulayıb ki, vasitəçi ölkələr, o cümlədən Pakistan və digər dövlətlər gərginliyin azaldılması üçün səylər göstərir.
O həmçinin bildirib ki, İran diplomatik aktivliyini artıraraq Rusiya ilə əlaqələri gücləndirir. Bu çərçivədə İran nümayəndə heyətinin Vladimir Putin ilə görüşündə bir sıra regional məsələlər müzakirə olunub.
Politoloqun sözlərinə görə, əgər diplomatik danışıqlar nəticə verməsə, regionda hərbi gərginliyin daha da artması istisna edilmir.