Rəşad Bayramov: Ermənistanda baş verənlər gərginliyi artırır

Rəşad Bayramov: Ermənistanda baş verənlər gərginliyi artırır
12:38

Politoloq Rəşad Bayramov Azərbaycanda dini icmaların fəaliyyəti və regionda baş verən siyasi proseslərlə bağlı fikirlərini açıqlayıb.

News365.az-a danışan ekspert bildirib ki, Azərbaycanda müxtəlif beynəlxalq dini formalarda fəaliyyət göstərən icmalar – katolik kilsələri, sinaqoqlar və digər dini cəmiyyətlər uzun illərdir rəsmi qeydiyyatla fəaliyyət göstərir.

Onun sözlərinə görə, bu səbəbdən Azərbaycanın kimisə dini zəmində diskriminasiyada ittiham etməsi düzgün yanaşma sayıla bilməz.

R. Bayramov qeyd edib ki, bəzi dini strukturların fəaliyyəti uzun illərdir davam edən ideoloji təbliğatla müşayiət olunur və bu prosesin məqsədi cəmiyyətlərdə mənfi obrazların formalaşdırılmasıdır.

Politoloq əlavə edib ki, bu cür fəaliyyətlərin müxtəlif dövrlərdə – həm sülh, həm də münaqişə şəraitində dəyişmədiyi iddia olunur.

Ekspert regionda baş verən hadisələrə də toxunaraq bildirib ki, Ermənistan tərəfinin KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ilə bağlı 23 aprel tarixində verdiyi bəyanat və həmin günlərdə baş verən aksiyalar gərginliyin artmasına səbəb olub.

Onun sözlərinə görə, Ermənistanda keçirilən bəzi aksiyalar zamanı Azərbaycan və Türkiyə əleyhinə şüarların səsləndirilməsi, həmçinin bayraqların yandırılması müşahidə olunub.

R. Bayramov hesab edir ki, bu cür hadisələr regionda radikal və millətçi qrupların təsirinin hələ də davam etdiyini göstərir.


Sizin reklam burada
Sizin reklam burada