Çində elektromobil bazarında qiymətlər diqqətçəkən dərəcədə aşağı düşüb.
News365.az xəbər verir ki, ABŞ-da orta statistik bir avtomobilin qiyməti təxminən 51 min dollar təşkil etdiyi halda, Çində bir çox elektrik avtomobili 6-12 min dollar aralığındadır.
Məlumata görə, Çin bazarında qiyməti 25 min dollardan aşağı olan 200-dən çox elektromobil modeli var.
Bu da istehlakçılara ABŞ-da bir orta avtomobilin qiymətinə Çində təxminən 5 elektromobil almaq imkanı yaradır.