20 illik müəmmalı qətl bir barmaq izi ilə açılıb

20 illik müəmmalı qətl bir barmaq izi ilə açılıb
22:00

Türkiyədə 20 il əvvəl törədilmiş qətlin üstü açılıb. 

News365.az xarici mediaya istinadla xəbər verir ki, 2006-cı ildə iş adamı Yunis Doğanın “domuz bağı” üsulu ilə bağlanaraq yandırılması, katibəsi Hacer Eginayın isə bədəninin 57 yerindən bıçaqlanaraq amansızcasına qətlə yetirilməsi ilə bağlı 20 illik müəmmalı cinayətin üstü açılıb.

İstintaq zamanı şübhəlilərdən birinin yeni çipli şəxsiyyət vəsiqəsi üçün verdiyi barmaq izi əsas dəlil olub. Həmin şəxs müəyyən edilərək saxlanılıb.


Təqsirləndirilən şəxs barəsində “xüsusi amansızlıqla adam öldürmə” maddəsi ilə ömürlük həbs cəzası istənilib.



Sizin reklam burada
Sizin reklam burada