Gürcüstanda böyük əməliyyat: onlarla şəxs saxlanılıb

Gürcüstanda böyük əməliyyat: onlarla şəxs saxlanılıb
13:38

Gürcüstan Daxili İşlər Nazirliyi ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və silah-sursat saxlanmasına qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.

News365.az xəbər verir ki, əməliyyat nəticəsində ümumilikdə 84 nəfər saxlanılıb. Bu barədə David Kiknadze keçirilən brifinqdə məlumat verib.

Məlumata görə, saxlanılan şəxslər arasında həm Gürcüstan vətəndaşları, həm də xarici ölkə vətəndaşları var.

Rəsmilərin bildirdiyinə əsasən, əməliyyat çərçivəsində tutulan şəxsləri 20 ilədək və ya ömürlük həbs cəzası gözləyə bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada