İranla bağlı şok iddia: nüvə ritorikası sərtləşir

İranla bağlı şok iddia: nüvə ritorikası sərtləşir
29 Apr 2026 12:15

Politoloq Anar İsayev Yaxın Şərqdə və İran daxilində gedən siyasi proseslər və nüvə proqramı ətrafında yaranmış vəziyyəti şərh edib.

News365.az-a açıqlama verən ekspert bildirib ki, İranın siyasi və hərbi elitası regionda yaranmış gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün müəyyən diplomatik addımlar atmağa çalışır.

Onun sözlərinə görə, bu çərçivədə görüşlərin təşkili, sülh və razılaşma istiqamətində təşəbbüslər gündəmdədir.

A. İsayev qeyd edib ki, son dövrlərdə Pakistanın vasitəçi kimi roluna münasibətdə dəyişikliklər müşahidə olunur və İran tərəfi bu ölkəyə əvvəlki qədər etibar etmədiyini nümayiş etdirir. Onun fikrincə, bu da regionda diplomatik proseslərin mürəkkəbləşdiyini göstərir.

Politoloq bildirib ki, hazırkı mərhələdə İran daxilində güc mərkəzlərindən biri kimi SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu)-ın təsiri artmaqdadır və bu qurumun mövqeyi xarici siyasət ritorikasında da özünü göstərir.

Ekspertin sözlərinə görə, İranın əvvəlki illərdə nüvə proqramını yalnız mülki məqsədlərlə izah etdiyi halda, hazırkı dövrdə ritorikada dəyişiklik müşahidə olunur və artıq nüvə silahı əldə olunması ilə bağlı daha açıq iddialar səsləndirilir.

A. İsayev vurğulayıb ki, bu dəyişikliklər regionda gərginliyin artmasına və diplomatik həll imkanlarının daha da çətinləşməsinə səbəb ola bilər.


Sizin reklam burada
Sizin reklam burada