Avropa İttifaqı 2027-ci ildən etibarən satışa çıxarılan bütün smartfonlarda istifadəçi tərəfindən dəyişdirilə bilən və daha uzunömürlü batareyaların olmasını tələb edəcək.
News365.az xəbər verir ki, yeni qaydalara əsasən, istehsalçılar ən azı 7 il ərzində ehtiyat hissələri, təmir alətləri və texniki xidmət təlimatları təqdim etməli olacaq.
Bununla yanaşı, cihazlar zərbəyə, suya, toza və ümumi aşınmaya qarşı daha yüksək dayanıqlılıq standartlarına cavab verməlidir.
Qeyd olunur ki, qərar istifadəçilərin təmir hüququnun genişlənməsinə və ekoloji təsirin azalmasına xidmət edəcək.