ABŞ Müdafiə Nazirliyi Ukraynaya ayrılan 400 milyon dollarlıq hərbi yardım paketinin icrasını gecikdirir.
News365.az xəbər verir ki, bu barədə respublikaçı senator Mitç MakKonnell məlumat verib.
Senatorun sözlərinə görə, Pentaqon Konqres tərəfindən təsdiqlənmiş vəsaitin istifadəsi ilə bağlı sorğulara cavab vermir və prosesdə gecikmələr yaranıb.
MakKonnell bildirib ki, müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbric Kolbi Konqres qərarlarının icrası ilə bağlı müəyyən çətinliklər yaradır və bu hal ilk dəfə baş vermir.
“Bir neçə ay əvvəl təsdiqlənmiş Ukraynaya yardım hazırda Pentaqonun nəzarətində saxlanılır”, – deyə senator qeyd edib.
Məlumata görə, daha əvvəl Cey Di Vens də ABŞ-nin Ukrayna üçün silah tədarükü və maliyyə dəstəyində müəyyən fasilələrin yarandığını açıqlayıb.