Futbolda qaydalar dəyişir

Futbolda qaydalar dəyişir
12:12

Dünya çempionatında sarı vərəqələrlə bağlı qaydaların dəyişdirilməsi gündəmdədir.

 

News365.az xəbər verir ki, FIFA turnirin həlledici mərhələlərində futbolçuların diskvalifikasiya riskini azaltmaq üçün yeni mexanizm üzərində işləyir. Təklifə əsasən, qrup mərhələsi başa çatdıqdan sonra və həmçinin 1/4 finaldan sonra bütün sarı vərəqələr silinə bilər.

 

Məlumata görə, ABŞ, Kanada və Meksikanın birgə təşkil edəcəyi mundial öncəsi bu dəyişiklik Vancouver şəhərində keçiriləcək FIFA Şurasının iclasında müzakirə olunacaq. Qərarın yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.

 

Qeyd edək ki, əvvəlki dünya çempionatlarında sarı vərəqələr yalnız 1/4 finaldan sonra ləğv edilirdi. Komandaların sayının 48-ə çatdırılması fonunda isə qurum daha çox futbolçunun cəzalı duruma düşməsinin qarşısını almağa çalışır./metbuat


Sizin reklam burada
Sizin reklam burada