Füzulidə məktəbdə gərginlik: Direktor müəllimi işdən çıxarır-İDDİA

Füzulidə məktəbdə gərginlik: Direktor müəllimi işdən çıxarır-İDDİA
14:27

Füzuli rayonunun Kərimbəyli kəndində yerləşən məktəbdə qalmaqallı hadisə baş verdiyi iddia edilir.

News365.az-a daxil olan məlumata görə, məktəbin direktoru Cəfərzadə Rəvanın təhsil müəssisəsində çalışan müəllim Hüseynova Aliməni işdən çıxardığı bildirilir. İddiaya əsasən, direktor müəllimi təhqir edib və onun yerinə katibənin gətiriləcəyini qeyd edib.

Məlumatda həmçinin vurğulanır ki, hadisə məktəb kollektivi arasında narazılığa səbəb olub və bəzi müəllimlər məsələ ilə bağlı müvafiq qurumlara müraciət etməyə hazırlaşırlar.



Sizin reklam burada
Sizin reklam burada