Türkiyədə parkda gənclərə xəbərdarlıq edən polis əməkdaşı hücuma məruz qalıb.
News365.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hadisə yerindən qaçan şübhəlilərin arxasınca açılan xəbərdarlıq atəşi zamanı səkidə olan bərbər Hakan B. ağır yaralanıb.
Hadisə ilə bağlı 16 yaşlı 3 şübhəli qısa müddətdə saxlanılaraq polis bölməsinə aparılıb.