Almaniya 2-ci Bundesliqasında çıxış edən “Şalke 04” klubunun ev oyunlarını keçirdiyi “Veltis Arena”da meyit tapılıb.
News365.az xarici KİV-ə istinadla xəbər verir ki, stadionda aparılan təmizlik işləri zamanı tualetdə cəsəd aşkarlanıb.
İlkin araşdırmalar nəticəsində meyitin 65 yaşlı kişiyə məxsus olduğu müəyyən edilib. Hadisənin başvermə səbəbi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır.
Qeyd edək ki, “Veltins Arena” “Şalke 04” klubunun ev oyunlarına ev sahibliyi edir.