Fransada hakerlər qan bankının soyuducu idarəetmə sistemini sındırıblar

Fransada hakerlər qan bankının soyuducu idarəetmə sistemini sındırıblar
20:40

Hakerlər Fransa Qan Xidməti (EFS) tərəfindən istifadə edilən soyuducu avadanlıqların idarəetmə sistemlərinə hücum edib.

News365.az xəbər verir ki, "Le Parisien" qəzetinin məlumatına görə, hücum nəticəsində donor qan nümunələrinin saxlanma kameralarında temperatur 110 dərəcə selsiyə qədər yüksəlib.

Kiberhücum 2 noyabrda baş verib və EFS-ə soyuducu avadanlıqları tədarük edən "Coolworld" şirkətinə təsir göstərib.

Fransa Qan Xidməti qəzetə podratçılarından birinin kiberhücuma məruz qaldığını və bunun nəticəsində soyuducu qurğularının iş parametrlərinin dəyişdiyini təsdiqləyib. Hadisə bir neçə regional EFS ofisinə təsir edib.


Sizin reklam burada
Sizin reklam burada