Vensdən etiraf: İrana görə uduzduq...

Vensdən etiraf: İrana görə uduzduq...
21:20

Biz İrana qarşı başladılan müharibəyə görə məğlub olduq.


News365.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens X hesabında yazıb.


“Problem respublikaçı seçicilərin səsverməyə gəlməməsi ilə bağlı deyil. Əsas məsələ Trampa 2024-cü ildə səs verən tərəfdarların bir qisminin 2026-cı ildə demokratlara üstünlük verməsidir.


Seçkilərin nəticələrinin və Respublikaçıların gələcək addımlarının dürüst təhlili onların məğlubiyyətində müharibənin rolunun etiraf edilməsi ilə başlamalıdır”, - Vens bildirib.


Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərində demokratlar böyük üstünlük əldə ediblər.


Sizin reklam burada
Sizin reklam burada