Tehrandan Vaşinqtona HÜCUM XƏBƏRDARLIĞI

Tehrandan Vaşinqtona HÜCUM XƏBƏRDARLIĞI
15:25

ABŞ-nin hərbi və beynəlxalq qüdrəti dönməz şəkildə zəifləyir və Vaşinqtonun dünya ağalığı dövrünün sonu qaçılmazdır.

News365.az xəbər verir ki, bu barədə İranın Ali Lideri Müctəba Xameneyi noyabrın 4-də ölkədə qeyd olunan Ümumdünya Təkəbbürünə Qarşı Milli Mübarizə Günü münasibətilə müraciətində bəyan edib.

İran lideri bildirib ki, Fars körfəzində, xüsusən də Hörmüz boğazında baş verən hadisələr ABŞ-nin "yenilməzliyi" haqqında mifi darmadağın edib və xarici dövlətlərə arxalanan ölkələrin zəifliyini göstərib. Xameneyinin sözlərinə görə,İranın Hörmüz boğazı üzərində nəzarəti bərpa etməsi və regiondakı ABŞ hərbi bazalarını sıradan çıxarması Vaşinqtonun təcavüzünə adekvat cavab olub. O, xəbərdarlıq edib ki, hücumlar təkrar olunacağı təqdirdə İranın cavab tədbirləri müqayisəolunmaz dərəcədə daha miqyaslı olacaq.

Xameneyi həmçinin vurğulayıb ki, ABŞ-dəki daxili siyasi dəyişikliklər və ya Tehranın güzəştə getməsi hesabına Vaşinqtonun siyasətinin dəyişəcəyinə ümid etmək böyük yanlışlıqdır.Onun sözlərinə görə, hətta ən kiçik güzəşt belə ABŞ-ni yeni müharibələrə və təcavüzkar tələblərə həvəsləndirəcək. İran lideri cəmiyyəti milli birliyi qorumağa və ölkənin müdafiə qüdrətini daha da gücləndirməyə çağırıb.


Sizin reklam burada
Sizin reklam burada