Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Adıgeysk şəhərində Rusiyanın "Ozon" online ticarət şəbəkəsinin logistika mərkəzinə hücum edib.
News365.az xəbər verir ki, zərbələr nəticəsində kompleksin ərazisində güclü yanğın baş verib.
Adıgey Respublikasının rəhbəri Murat Kumpilov bildirib ki, obyektə dəyən alovun söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və xilasedici qüvvələri cəlb olunub.
"Ozon" şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, mərkəzin bütün əməkdaşları vaxtında və təcili qaydada təxliyə olunub.
İlkin məlumatlara görə, xəsarət alan olmayıb. Şirkət sözügedən obyekt üzrə malların qəbulunu və satışını müvəqqəti dayandırdığını bildirib.