ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi variantların hələ də gündəmdə olduğunu bəyan edib. O, Vaşinqtonun vəziyyəti yaxından izlədiyini və ölkəsinin maraqlarına uyğun hesab edilən istənilən addımın atıla biləcəyini vurğulayıb.
News365.az xəbər verir ki, Tramp bu fikirləri “Politico” nəşrinə müsahibəsində səsləndirib.
ABŞ lideri İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ehtimalını istisna etməyib. Onun sözlərinə görə, ABŞ vəziyyəti qiymətləndirəcək və uyğun fürsət yaranarsa, ölkəsi üçün ən doğru qərarı verəcək.
Nüvə silahından istifadə ehtimalına da münasibət bildirən Tramp isə belə bir addıma ehtiyac olmadığını deyib. O, İranın hərbi imkanlarının artıq 90 faiz sıradan çıxarıldığını iddia edib.