Bakıda kollecdə qan töküldü - Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

Bakıda kollecdə qan töküldü - Tələbəyə 6 bıçaq zərbəsi vuruldu
15:50

Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb.

News365.az  xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb.

Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada