Rusiyaya məxsus helikopter qəzaya uğradı: ölənlər var

Rusiyaya məxsus helikopter qəzaya uğradı: ölənlər var
18 İyl 2026 23:00

Rusiyanın Krasnodar diyarında Mi-2 helikopteri qəzaya uğrayıb.

News365.az xəbər verir ki, bu barədə Rusiya FHN-in region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tarlaların dərmanlanması həyata keçirilərkən kənd təsərrüfatı təyinatlı Mi-2 helikopteri yerə düşüb. Hadisə nəticəsində iki pilot həlak olub.

Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada