Rusiya-Ukrayna müharibəsi əslində Avropa ilə Rusiyanın qarşıdurmasıdır

Rusiya-Ukrayna müharibəsi əslində Avropa ilə Rusiyanın qarşıdurmasıdır
11:16

Rusiya ilə Ukrayna arasında davam edən müharibə təkcə iki ölkə arasındakı qarşıdurma kimi deyil, daha geniş geosiyasi maraqların toqquşduğu bir proses kimi qiymətləndirilir. Beynəlxalq münasibətlər sistemində ciddi təsirlərə səbəb olan bu münaqişə həm region ölkələrinin, həm də qlobal güclərin diqqət mərkəzindədir.

O, News365.az-a açıqlamasında bildirib ki, hazırkı münaqişə yalnız Rusiya ilə Ukrayna arasında deyil, daha geniş miqyasda Avropa ilə Rusiya arasında gedən qarşıdurma kimi qiymətləndirilə bilər.


Deputatın sözlərinə görə, Avropa ölkələrinin əksəriyyəti bu və ya digər formada — istər silah yardımı, istərsə də NATO çərçivəsində — müharibədə iştirak edir.

Arzu Nağıyev qeyd edib ki, münaqişənin ən ağır yükünü Ukrayna vətəndaşları daşıyır, lakin Rusiya da ciddi itkilərlə üzləşir. Onun fikrincə, müharibənin başlanğıcından etibarən üç əsas ssenari müzakirə olunurdu: uzunmüddətli münaqişə, “soyuq müharibə” formatına keçid və ya tərəflərdən birinin qələbəsi. Lakin hazırda bu variantların heç biri tam aydın görünmür.

Deputat əlavə edib ki, Avropa İttifaqı Ukraynanın məğlub olacağı halda Rusiyanın NATO sərhədlərinə daha da yaxınlaşacağından ehtiyat edir. Digər tərəfdən, Rusiya Ukraynanın qələbə qazanacağı təqdirdə təhlükənin öz sərhədlərinə yaxınlaşacağını düşünür.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bu reallıqları anlayır və münaqişənin ya uzadılmasına, ya da dondurulmasına çalışan müxtəlif qüvvələr mövcuddur. Bu kontekstdə Ukrayna prezidenti Volodymyr Zelenskyy tərəfindən səsləndirilən bəyanatlar və baş verən hərbi-siyasi proseslər də geniş geosiyasi oyunun tərkib hissəsi kimi qiymətləndirilir.

Arzu Nağıyev vurğulayıb ki, Avropanın əsas məqsədlərindən biri Rusiyanın zəiflədilməsi və ya məğlubiyyətidir. O, həmçinin qeyd edib ki, Zelenski müxtəlif platformalarda sülhün bərqərar olunması üçün təşəbbüslərlə çıxış edib və bəzi hallarda Azərbaycanı vasitəçi kimi təklif edib.


Sizin reklam burada
Sizin reklam burada