Xəbər
verdiyimiz kimi cari ilin 5 ayında idxalın həcmi azalıb. Baxmayaraq ki, yerli
istehsal da artmayıb.
Elə isə
idxalın azalması bazara necə təsir edə bilər?
Mövzu ilə
bağlı danışan iqtisadçı Natiq Cəfərli deyib ki, hökümət adamları hər
publik çıxışlarında ölkəmizdə bizneslə məşğul olaq üçün gözəl şərait
yarandığını israrla vurğulayır, inadkarcasına problemləri görmək istəmir:
“Nəticədə
iqtisadi aktivlik olub 0%, gəlirlər azalır, inflyasiya isə artır,
makro-iqtisadi göstəricilərdə qonşulardan kəskin şəkildə geri qalırıq.
Ölkədə
idxal-ixrac əməliyyatlarında inhisarçılıq meyilləri də kəskin artıb – özünüzün
elan etdiyiniz rəsmi rəqəmlər bunu göstərir, hətta, rəqəmlər artıq ağı deyib ağlayır,
məsələn:
- 2026-cı
ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqaisədə Azərbaycanda
xarici ticarət iştirakçılarının sayı hüquqi şəxslər üzrə 101 şəxs azalaraq 8
594-ə, fiziki şəxslər üzrə isə 11 574 şəxs azalaraq 17 373 şəxsə düşüb. Təsəvvür
edin ki, 1 ildə 11574 fiziki şəxs xarici ticarətdən çıxıb, bezib, işləyə bilməyib.
- Bu ilin
ilk 5 ayında ərzaq məhsullarında inflyasiya, qiymət artımı rəsmi rəqəmlərə görə
6,6%-ə yüksəlib. Əgər normal, beynəlxalq praktikada qəbul edilmiş 30-35 adda gündəlik
tələbat malları üzrə inflyasiyanı hesablasaq, keçın ilin eyni dövrü ilə müqaisədə
ərzaqda qiymət artımı ikirəqəmli, hardasa, 10-15% arası olacaq.
2026-cı ilin
yanvar-may aylarında Azərbaycanın ümumi idxalı ötən ilin eyni dövrü ilə müqayisədə
31,6% azalaraq 6 milyard 818,3 milyon dollar təşkil edib. İdxalın azalmasını
bahalaşma, inhisarçılıq və vətəndaşın alıcılıq qabiliyyətinin kəskin düşməsi ilə
izah etmək olar. Mənzərə belədir, indi özünüz bilərsiniz... “
News365.az