Leonid Brejnevin qızının oğulluğu Ukraynada əsir düşüb

Leonid Brejnevin qızının oğulluğu Ukraynada əsir düşüb
11:45

Leonid Brejnevin qızının övladlığa götürülmüş nəvəsi Anton Milayev Ukraynada əsir düşüb.

News365.az  xarici mediaya istinadla xəbər verir ki, bu barədə onun anası İrina Kuznetsova məlumat yayıb.

Bildirilir ki, Anton Milayevin 45 yaşı var. Ötən payız o, müharibə zonasına göndərilib və orada istehkamçı kimi xidmət edib.

Kanalın məlumatına görə, noyabr ayında o, ailəsi ilə əlaqəsini itirib. Bir neçə ay sonra qohumlarına onun Ukraynanın nəzarətində olan Xerson bölgəsində əsir saxlanıldığı bildirilib.

Media həmçinin qeyd edir ki, Milayev sovet liderinin qızı Qalina Brejneva tərəfindən öz övladı kimi böyüdülüb. O, onun ilk əri, sirk ifaçısı Yevgeni Milayevin nəvəsidir.


Sizin reklam burada
Sizin reklam burada