Türkiyədə 54 vilayətdə əməliyyat zamanı 258 nəfər saxlanılıb.
News365.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi sosial media platformalarında cinayət təşkilatlarını və cinayətkarları dəstəkləyən paylaşımlar edən şəxslərə qarşı geniş əməliyyat keçirib.
Məlumata görə, 54 vilayətdə eyni vaxtda aparılan əməliyyatlar nəticəsində ümumilikdə 258 şübhəli saxlanılıb. Onların sosial şəbəkələrdə cinayətkar qrupları təşviq edən və tərifləyən məzmunlar paylaşdığı iddia olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.