Rusiya sərhədçiləri ermənilərlə əvəzlənir?

Rusiya sərhədçiləri ermənilərlə əvəzlənir?
21 Mar 2025 17:50

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) sərhəd-keçid məntəqələrində Rusiya sərhədçilərinin erməni sərhədçiləri ilə əvəzlənməsi ilə bağlı hələlik qərar qəbul etməyib.


News365.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nın direktoru Armen Abazyan bildirib.


O xatırladıb ki, 2024-cü ilin ortalarından “Zvartnots” hava limanında nəzarət Ermənistan sərhədçilərinə verilib. Oxşar təcrübə İranla sərhəddə yerləşən “Aqarak” keçid məntəqəsində də tətbiq olunur. Bu il martın 1-dən Türkiyə ilə sərhəddəki “Marqara” keçid məntəqəsi də Ermənistanın idarəsinə keçib.


“Hazırda başqa qərarlar yoxdur”- Abazyan əvəzləmə prosesinin mümkün davamı ilə bağlı sualı cavablandırarkən deyib


Sizin reklam burada
Sizin reklam burada