Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Avropanın bir sıra ölkələrinə qarşı həyata keçirdiyi iddia olunan genişmiqyaslı kibercasusluq kampaniyası ilə əlaqədar Rusiyanın Parisdəki səfirini nazirliyə çağırmağı planlaşdırır.
News365.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro BFM TV-yə müsahibəsində deyib.
Nazir bildirib ki, Fransa Rusiyanın təxminən 10 Avropa ölkəsinə qarşı sabotaj və casusluq məqsədi daşıyan genişmiqyaslı kibertəhdid kampaniyasını qətiyyətlə pisləyir.
Jan-Noel Barronun sözlərinə görə, yaxın günlərdə Rusiyanın Fransadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq. O, həmçinin bildirib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən təşkil edildiyi iddia olunan bu kiberkampaniyada iştirak edən 9 fiziki şəxs və 4 təşkilata qarşı sanksiyalar elan ediləcək.