“Gənclik”də avtobusların dayanacaq yeri dəyişdirildi

“Gənclik”də avtobusların dayanacaq yeri dəyişdirildi
15:00

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.

Bu barədə News365.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Müntəzəm marşrutların, eləcə də M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri müvəqqəti olaraq “Gənclik Mall”un qarşısındakı dayanacaqdan təşkil edilib.


Sizin reklam burada
Sizin reklam burada