Rusiya məhkəməsi Ukrayna silahlı qüvvələrinin tərkibində snayper kimi döyüşmüş Ermənistan vətəndaşını 12 il müddətinə azadlıqdan məhrum edib.
News365.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
Məhkəmə müəyyən edib ki, Ermənistan vətəndaşı 2022-ci ildə Ukraynaya gedib və könüllü olaraq 124-cü Ərazi Müdafiə Briqadasına qoşulub.
2023-cü ilə qədər o, 2,3 milyon rubldan çox qazanc əldə edərək Donbasda, eləcə də Xerson vilayətindəki münaqişələrdə iştirak edib.
2024-cü ilin oktyabrında erməni muzdlu Domodedovo hava limanında saxlanılıb.
Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib.